Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

24 sentyabr 2026 | 14:58

   24 sentyabr 2026-cı il tarixində Qaradağ rayonu, Bakı-Ələt-Qazax magistral avtomobil yolunun 26-cı kilometrliyində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
   Aksiyanın keçirilməsində Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların müqəddəs irsinə ehtiram göstərmək, ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Aksiya zamanı əraziyə müxtəlif növ ağaclar əkilib, yaşıllıq sahələrinin artırılması istiqamətində genişmiqyaslı işlər görülüb. İştirakçılar tərəfindən əkilən ağaclara ilkin aqrotexniki qulluq göstərilib.

Keçidlər