Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

26 sentyabr 2024 | 11:39

   26 sentyabr 2024-cü il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 6-cı kilometrliyində, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilmişdir. Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov, Zaur Şükürov, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.               
  

Keçidlər