Qaradağ rayonun inzibati ərazisində fəaliyyət göstərən daş karxanalarında sahibkarlarla görüş
“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 8.7.3. bəndinin (Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının təşkili ) icrası ilə bağlı Qaradağ rayonun inzibati ərazisində fəaliyyət göstərən daş karxanalarında bir sıra sahibkarlarla görüşdə rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ş.Həsənalıyev və şöbənin baş məsləhətçisi S.Ağayevin iştiraki ilə maarifləndirmə və təbliğat işi aparılmışdır.
Sahibkarları maraqlandıran əsas məsələlər “Yerin Təkindən İstifadə haqqında Qanun” 12, 18-ci maddələri müzakirə edilmiş və Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 16.07.2018-ci il tarixli, 205 nömrəli fərmanında qeyd edilmiş tapşırıqların icrasının təmin edilməsi tövsiyə edilmişdir.