Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Sanqaçal qəsəbə mədəniyyət evində qəsəbə sakinləri və BP şirkəti,  BCC group şirkətinin nümayəndələri ilə görüş keçirildi

23 oktyabr 2023 | 15:35

   Azərbaycan Respublikasi Prezidentinin 13 fevral 2020-ci il, 1816-nömrəli  "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncamı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti əhalinin məşğulluqunun artırılması üçün mütamadi işlər görür.

   23.10.2023 ci il tarixində Qaradağ rayonu Sanqaçal qəsəbə mədəniyyət evində qəsəbə sakinləri və BP şirkəti,  BCC group şirkətinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə BP şirkətinin Icmalarla əlaqələr üzrə mütəxəssisi Elnur Sofiyev və BCC group şirkətinin Kadrlar şöbəsinin nümayəndəsi Ruslan Əliyev Sanqaçal terminalı ərazisində yeni qurulacaq ağıllı hasarın layihəsinə işçilər siyahıya alındı.

   Qaradağ Rayon İcra Hakimiyyəti İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini mütəmadi həyata keçirir, qarşıda qoyulan tapşırıqları icra edir.  

 

Keçidlər