Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Sahil qəsəbəsində Seyidov Məhərrəm Məcnun oğlunun anım mərasimi keçirilib.

05 may 2026 | 15:47

   05 may 2026-cı il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində Seyidov Məhərrəm Məcnun oğlunun anım mərasimi keçirilib.
   Anım tədbirində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Qərbi Azərbaycan İcması Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
   Qeyd edək ki, Məhərrəm Məcnun oğlu Seyidov 2 iyun 1966-cı ildə Ermənistanın Amasya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində anadan olub. Məktəb illərində cüdo-sambo ilə məşğul olmuş, idman ustası və gənclər arasında Ermənistan çempionu olub. 1984–1988-ci illərdə Donetsk Ali Hərbi Məktəbində təhsil alıb və hərbçilər arasında cüdo üzrə Ukrayna çempionu olub. 1992-ci ildə Qarabağ müharibəsinə qoşulmaq üçün Azərbaycana qayıdıb, 704-cü briqadada tabor komandiri kimi xidmət edib və daha sonra kapitan rütbəsi ilə hərbi hissə komandiri olub. Beyləqan və Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1 may 1994-cü ildə Tərtər döyüşlərində ağır yaralanaraq şəhid olub. 5 may 1994-cü ildə II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra mayor rütbəsi verilmiş və 16 sentyabr 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
   Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçmiş igidlərdən biri kimi xalqımızın yaddaşında yaşayır. Onun həyatı və döyüş yolu Vətənə sədaqətin, cəsarətin və fədakarlığın bariz nümunəsidir. Bu gün onun xatirəsi ehtiramla yad edilir, adı daim yaşayır, göstərdiyi şücaət isə gələcək nəsillərə örnək kimi təqdim olunur. Məhərrəm Məcnun oğlu Seyidovun həyatı bir daha sübut edir ki, Vətən sevgisi ən ali dəyərdir və bu sevgi uğrunda verilən qurbanlar heç vaxt unudulmur.
   Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Keçidlər