Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında "Əmək Yarmarka" -sı keçirilmişdir.

05 fevral 2026 | 15:11

 05 fevral 2026-cı il tarixdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında "Əmək Yarmarka" -sı keçirilmişdir.

    Keçirilmiş “Əmək Yarmarka”-sında “Azərbaycan Dəmir Yolları” QSC, “Kingsmart” MMC, “İmprotex Trucks and Buses” MMC, “İTX Motors” MMC, “Al Market” MMC, “Çətir Sığorta Agentliyi” MMC, “Araz supermarket” MMC, “Avanqard-N” MMC,”Fabriora Group” MMC, “Holcim” (Azərbaycan) MMC,”AAC” MMC, “Supertoys” MMC, “Azlogistika and Managament Services” ASC kimi müəsissələrin daxil olduğu 15 müəssisə üzrə 200 vakansiya təqdim olunmuş, 150-yə yaxın rayon sakini yarmarkada iştirak edərək vakansiyalarla tanış olmuşdur.

  Yarmarkada işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilmiş, uyğun namizədlərlə ilkin müsahibələr aparılmış və CV-ləri  qəbul edilmişdir. CV-ləri olmayan vətəndaşlara isə öz CV-lərini yaratmaqlarında köməklik göstərilmişdir. Həmçinin tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib. 

Keçidlər