Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailə üzvləri və yaxınları ilə görüş keçirilmişdir.

21 fevral 2026 | 14:11

21.02.2026-cı il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailə üzvləri və yaxınları ilə görüş keçirilmişdir.

Keçirilmiş görüşdə  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin başçısı aparatının rəhbər şəxsləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Qurbanov, şəhid ailə üzvləri və yaxınları iştirak etdilər.

 Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək, şanlı ordumuzun əldə etdiyi zəfərdən, Birinci və İkinci Qarabağ müharibəsindən qəhrəman igidlərimizdən, torpaqlarımızın işğaldan azad edilməsindən söhbət açaraq tədbirə başlamışdır.

Tədbirin keçirilmə məqsədinə uyğun olaraq hər bir şəhid ailəsinin mövcud olan problemləri dinlənilmiş və bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmişdir.

Sonda şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

 Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimiz daim qəlbimizdə yaşayacaq. Onların göstərdiyi igidlik və fədakarlıq xalqımız üçün əbədi qürur mənbəyidir.

Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə isə səbr və dözüm arzulayırıq.

Keçidlər