Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhid Fərid Quliyevin adını daşıyan küçədə vurulmuş barelyef ziyarət edildi

23 iyun 2023 | 18:31
   Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhid Fərid Quliyevin adını daşıyan küçədə vurulmuş barelyef ziyarət edildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısıvə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Qaradağ Rayon İcra başçısı küçənin adının şəhidimizin şərəfinə verilməsinin onun şücaətinin əbədiləşdirilməsi baxımından mühüm olduğunu bildirdi. Öz növbəsində şəhidin ailə üzvləri şəhidin ruhuna dərin ehtirama görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.
   Quliyev Fərid Vahid oğlu 2003-cü il noyabrın 7-də Bakıda anadan olub. O, orta təhsilini  Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 166 saylı məktəbdə alıb.  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi zamanı Quliyev Fərid Vahid oğlu 2022-ci il sentyabrın 13-də Kəlbəcər rayonunda şəhid olub. Subay idi.  
   Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 3573 nömrəli sərəncamı ilə  Quliyev Fərid Vahid oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “ Vətən xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Keçidlər