Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Korgöz qəsəbəsində Vətən Müharibəsi şəhidi Məmmədquliyev Ağabəy Zaur oğlunun 3-cü il dönümü qeyd edildi.

28 sentyabr 2023 | 17:31

   28.09.2023-cü il tarixində 2-ci Qarabağ döyüşlərində şəhid olmuş  Məmmədquliyev Ağabəy Zaur oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin 3-cü il dönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri və qəsəbə sakinlərinin iştirakı ilə şəhidin Korgöz qəsəbəsində yerləşən məzarı ziyarət edilmişdir.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ağabəy Zaur oğlu Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

   Şəhidin xatirəsi dərin hörmət, ehtiram və qürurla yad edildi.

 

Keçidlər