Qaradağ rayonu gücləndirilmiş iş rejimində keçib
Qaradağ Rayon İcra Hakimiyyəti bu gün gecə saatlarından etibarən Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.
Güclü qar yağmamasına baxmayaraq səhərə kimi xidmətlərin əməkdaşları yüksək təşkilatçılıq və intizam göstərərək yağan qarın küçə və piyada səkilərindən, avtobus dayanacaqlarının qarşısı və məhəllə daxili yolların təmizlənməsini aparıblar.
Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və qum qarışığının səpilməsi həyata keçirilib.
İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri yerlərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.