Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu ərazisində qanunsuz torpaq zəbt olunması və tikinti işlərinin aparılmasının qarşısının alınması məqsədilə növbəti monitorinq aparılmışdır

14 noyabr 2023 | 15:41

   Qaradağ rayonu ərazisində qanunsuz torpaq zəbt olunması və tikinti işlərinin aparılmasının qarşısının alınması məqsədilə aparılmış növbəti monitorinq zamanı rayonun Sanqaçal qəsəbəsində dövlət mülkiyyətinə məxsus zəbt edilmiş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur.

   Qaradağ Rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülmüş və qanunvericiliyin tələbləri vətəndaşa izah olunmuşdur.

   Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır.

Keçidlər