Qaradağ rayonu 139 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici seminar keçirildi.
10 aprel 2025-ci il tarixdə Qaradağ rayonu 139 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici seminar keçirildi. Tədbirdə , Qaradağ Rayon İcra Hakimiyyəti yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Atabəy Mənsumzadə, məktəbin direktoru İntizar İsmayılova, müəllim və şagirdlər iştirak etdi.
Təlimin əvvəlində “Sağlam həyat” layihəsi çərçivəsində Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş tədbirlər haqqında qısa məlumat verildi və sözügedən mövzunun gənclər üçün həmişə aktual olduğunu söylənildi. Çıxışlarda həmçinin gənclərə sağlam həyat tərzini aşılayan tövsiyələr verilməklə yanaşı, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğu vurğulandı. Qeyd olundu ki, düzgün qidalanma, gənclərin idmana cəlb olunması, istedadlarını aşkar edərək onların yaradıcılıq dərnəklərinə istiqamətləndirilməsi ilə asudə vaхtlarının səmərəli istifadə olunmasının təşkili neqativ hallara qarşı mübarizənin ən mükəmməl vasitələrindən biridir.
Təlimin sonunda gəncləri maraqlandıran suallara açıqlamalar verildi.