Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu 106 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir

10 mart 2023 | 12:59

   10.03.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2019-2024-cü illəri əhatə edən “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın 4.4.12. bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə mayilli şəxslər barəsində vaxtında qabaqlayıcı, tədbirlərin görülməsi) icrası ilə əlaqədar Qaradağ rayonu 106 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak edirdi.

   Çıxışçılar yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdılar. Maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meyilliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığı vurğulanaraq müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyi qeyd edildi.

   Daha sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirildi.

   Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə iştirakçılara metodiki tövsiyələr paylandı.

 

 

 

Keçidlər