Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə narkotik vasitələrin insan həyat və sağlamlığına vurduğu ziyanlar barəsində marifləndirici tədbir keçirilmişdir.

03 iyun 2024 | 10:53

    03 iyun 2024-cü il tarixdə Lökbatan qəsəbəsində yerləşən ümumtəhsil məktəbində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə narkotik vasitələrin insan həyat və sağlamlığına vurduğu ziyanlar barəsində marifləndirici tədbir keçirilmişdir.

    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev , Qaradağ rayon Gənclər və İdman sektorunun rəisi Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi böyük məsləhətçi Ruslan İsmayılov, müəllimlər, psixoloqlar iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nı  və bu proqrama əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı.

    Daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyası, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələri izah olundu.

    Sonda isə sual-cavab mərhələsi ilə tədbir sona çatdı.

Keçidlər