Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin məlumatı

09 yanvar 2023 | 16:03

Yanvarın 9-u gecə saatlarından etibarən Qaradağ Rayon İcra Hakimiyyəti Rayonun kommunal strukturları və aidiyyəti qurumlar küçə və yolların qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. Yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər  – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.

 İş prossesində çəkilən fotoları təqdim edirik.

Keçidlər