Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
07 noyabr 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüş Zəfər Gününün 5 illiyi münasibətilə şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlamış, onların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Səyyar qəbulda Ümid qəsəbəsi sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Keçirilən qəbulda 60-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 5 nəfəri fərdi qaydada dinlənilmiş, onların müraciət və təklifləri diqqətlə qeydə alınmışdır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermiş, bəzi müraciətlər isə yerindəcə öz həllini tapmışdır.
Ümid qəsəbəsi sakinləri ölkəmizdə və eləcə də Qaradağ rayonunda əhalinin sosial rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən rayonun digər qəsəbə və yaşayış məntəqələrində də əhalinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdirilir.






