Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Şonqar qəsəbəsində keçirilib.

10 dekabr 2025 | 15:08

     10 dekabr 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Şonqar qəsəbəsində keçirilib.

   Qəbulda rayon sakinləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının məsul işçisi Natiq Əliyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri də iştirak ediblər.

    Görüş zamanı 50-dən artıq sakin içməli su təchizatı, yol və nəqliyyat infrastrukturu, təmizlik, abadlıq və sosial məsələlərlə bağlı müraciətlərini səsləndirib. Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll olunub, digər məsələlərin aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

    Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, bəzi müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.

   Qəsəbə sakinləri dövlət başçısının və hökumətin əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya gündəlik həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlara görə təşəkkürlərini bildiriblər.

    Qəbuldan sonra icra başçısı qəsəbənin müxtəlif ərazilərinə baxış keçirib, mövcud problemlərin operativ həlli ilə bağlı müvafiq göstərişlər verib. Səyyar qəbul və görüşlərin keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa təmas qurmaq, onların müraciətlərinə çevik reaksiya vermək və yerli idarəçiliyin effektivliyini daha da artırmaqdır.

Keçidlər