Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Qobustan qəsəbəsində keçirilmişdir.

06 dekabr 2024 | 17:51

   Bugün, 6 dekabr 2024-cü il tarixində, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Qobustan qəsəbəsində keçirilmişdir. Qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak etmişdir. Görüşdə 90-dan çox sakin müxtəlif məsələlərlə çıxış edərək, problemlərinin həlli üçün rəhbərlikdən dəstək istəmişdir.

   Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək, qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını vermiş və bir çox müraciətlər yerindəcə həll edilmişdir. Başçı, sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyərək, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışmışdır.

   Qəbul zamanı əsasən yol infrastrukturu, su təminatı, təmizlik işləri və yaşıllaşdırma sahələrində problemlər önə çıxmışdır. Qəsəbə sakinləri, Qobustan qəsəbəsinin müxtəlif hissələrindəki yol təmir və asfaltlaşdırma işlərinin tamamlanmasını, həmçinin suyun keyfiyyətinin yaxşılaşdırılmasını istəmişlər. Eyni zamanda, sakinlər yaşıllaşdırma və ağacların qorunması istiqamətində də təkliflər verərək, bu sahədə görülən işlərə yüksək qiymət vermişlər.

    Qəsəbədə aparılan təmizlik və infrastruktur işləri də qəbulda müzakirə olunmuşdur. Son dövrlərdə Qobustan qəsəbəsində təmizlik və boyama işləri, eləcə də yeni piyada səkilərinin salınması ilə bağlı işlər həyata keçirilmişdir. Bu işlər sakinlər tərəfindən müsbət qarşılanmış və qəsəbənin daha gözəl və təmiz olmasına xidmət etdiyinə vurğulanmışdır.

    Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

   Qəbuldan sonra, Süleyman Mikayılov Qobustan qəsəbəsindəki digər problemləri yerindəcə qiymətləndirmiş və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə tapşırıqlarını vermişdir. Bu kimi səyyar qəbul və görüşlər, sakinlərlə birbaşa ünsiyyət qurmaq və onların problemlərini sürətlə həll etmək məqsədini güdür, həmçinin yerli idarəetmənin daha da güclənməsinə xidmət edir.

Keçidlər