Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

13 dekabr 2024 | 16:14

   13 dekabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

   Qəbulda Ələt qəsəbə sakinləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər. Tədbirdə ümumilikdə 70-ə yaxın qəsəbə sakini yer almışdır. Sakinlərdən 14 nəfər fərdi şəkildə dinlənilmiş, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan problemlərin operativ həlli məqsədilə müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Bir sıra məsələlər isə dərhal yerindəcə həllini tapmışdır.

   Qəsəbə sakinləri, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti və qayğısı ilə əhalinin problemlərinin həllinə yönələn tədbirlərə görə öz minnətdarlıqlarını ifadə etmişlər. Qəbulda müzakirə olunan məsələlər arasında əsasən infrastruktur, sosial xidmətlər və ətraf mühitin yaxşılaşdırılması ilə bağlı olan məsələlər ön plana çıxmışdır. Sakinlərdən bir çoxu yol təmiri, su təminatı və təmizlik işlərinin daha da yaxşılaşdırılmasını istəyiblər.

   Ələt qəsəbəsindəki bir sıra problemlər yerindəcə həll olunmuş, digər məsələlər üzrə isə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilmişdir. Bu cür səyyar qəbul və görüşlər, sakinlərlə birbaşa ünsiyyət qurmağa, onların problemlərinə operativ və düzgün yanaşmağa xidmət edir.

Keçidlər