Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 27 sentyabr Anım Günü ilə bağlı şəhid ailələrini ziyarət etmişdir

27 sentyabr 2024 | 14:33

   Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Qaradağ rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

   “27 sentyabr - Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, İcra Başçısı və Başçının müavinləri tərəfindən qəsəbələrdə görüşlər keçirilir.

  Bu məqsədlə, rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən Müharibəsi şəhid ailələrini ziyarət edir və şəhid ailələrinin sosial qayğıları ilə maraqlanır. 

Keçidlər