Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Zəfər Gününə həsr olunmuş əl işləri sərgisinə hazırlıqla tanış olub

02 noyabr 2026 | 19:07

   Ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da 8 Noyabr – Zəfər Gününün qeyd olunması ilə əlaqədar geniş hazırlıq işləri aparılır. Bayram tədbirləri çərçivəsində rayonun məktəbliləri və yaradıcı istedada malik uşaqlarının əl işlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
   02 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində olub, Zəfər Gününə həsr olunmuş sərgi üçün hazırlanmış əl işlərinə baxış keçirib.
   Baxış zamanı RİH başçısı Natiq Əliyev mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvlərinin hazırladıqları yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlarla səmimi söhbət aparıb, onların maraqları və məşğuliyyətləri ilə maraqlanıb.
   Natiq Əliyev uşaqların yaradıcı potensialının üzə çıxarılmasının, istedadlarının inkişaf etdirilməsinin və onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Zəfər Gününə həsr olunan belə sərgilər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tarixi qələbəmizə olan qürur hissinin yaradıcı fəaliyyət vasitəsilə ifadə edilməsinə mühüm töhfə verir.
   RİH başçısı Natiq Əliyev uşaqların əl işlərini maraqla izləyib, onların yaradıcılıq təşəbbüslərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb və sonda mərkəzin dərnək üzvləri ilə xatirə şəkli çəkdirib.

Keçidlər