Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Rayon İcra Hakimiyyətində gənclərlə görüş keçirmişdir.
03 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Rayon İcra Hakimiyyətində rayonun gəncləri ilə görüş keçirmişdir.
Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilmiş, onları maraqlandıran məsələlər, rayonun ictimai-siyasi və sosial həyatında gənclərin rolu, onların təşəbbüslərinin dəstəklənməsi və potensiallarının reallaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dövlətçilik ənənələrinə sadiqlik, Azərbaycan tarixinin və zəngin mədəni irsinin gənc nəsil tərəfindən dərindən öyrənilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, Vətənə sevgi, dövlətə və dövlətçiliyə bağlılıq, ölkəmizin inkişafında gənclərin fəal iştirakının vacibliyi vurğulanmışdır.
Görüşdə gənclərin təhsilə, elmə, idmana və ictimai fəaliyyətə marağının artırılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi və könüllülük fəaliyyətinin genişləndirilməsi barədə də müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, gənclər cəmiyyətin aparıcı qüvvəsi, ölkəmizin gələcəyinin təminatçılarıdır. Onların bilikli, savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişməsi dövlətimizin qarşısında duran əsas prioritetlərdəndir.
Görüşün sonunda gənclərin irəli sürdüyü təkliflərin diqqətdə saxlanılacağı, onların təşəbbüslərinin dəstəklənməsi və rayonun ictimai həyatında fəallıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyi bildirilmişdir.






