Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qaradağ Gənclər Evinin fəaliyyəti ilə tanış olub

17 noyabr 2026 | 11:45

   16 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qaradağ Gənclər Evində olub, müəssisənin fəaliyyəti və gənclər üçün yaradılmış imkanlarla tanış olub.
   Görüş zamanı Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova Gənclər Evində həyata keçirilən layihələr, təşkil olunan təlim və maarifləndirici tədbirlər, sosial təşəbbüslər, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili və onların fərdi inkişafına dəstək istiqamətində görülən işlər barədə məlumat verib.

Keçidlər