Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev birinci dərəcəli müharibə əlili Əhmədov Saməddin Həmid oğlunun evində olub.
02 noyabr 2026 | 13:08
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Vətənimizin müdafiəsi uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqla seçilən Qaradağ rayon, Sanqaçal qəsəbəsində yaşayan birinci dərəcəli müharibə əlili Əhmədov Saməddin Həmid oğlunun evində olub.
Qazi göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək, dövlət tərəfindən müharibə iştirakçılarına göstərilən dəstəyin onlar üçün böyük mənəvi stimul olduğunu qeyd edib.






