Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Çeyildağda səyyar qəbul keçirib
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsində 1994-cü ildə şəhid olmuş Səyavuş Əlimurad oğlu Muradovun büstünü ziyarət etdikdən sonra Çeyildağ qəsəbə sakinləri ilə səyyar görüş keçirmişdir.
Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.