Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən Müharibəsi şəhidləri Sərxoşov Seymur Ramiz oğlu və Quliyev Fərid Vahid oğlunun ailələrini evlərində ziyarət edib.
23.09.2025-ci il tarixində rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən Müharibəsi şəhidləri Sərxoşov Seymur Ramiz oğlu və Quliyev Fərid Vahid oğlunun ailələrini evlərində ziyarət edib.
Görüş zamanı şəhidlərin əziz xatirəsi yad edilib, sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılıb. Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.






