Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Çeyildağ qəsəbəsində şəhid ailələri ziyarət etdilər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Çeyildağ qəsəbəsində Vətən Müharibəsi Şəhidi Qədirov Şahin Bayram oğlunun adı verilmiş küçədə şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoydular. Sonra, qəsəbə məktəbinin önündə ucaldılmış Şəhid Muradov Səyavuş Əlimurad oğlunun büstü önünə də İcra başçısı tərəfindən gül dəstəsi qoyuldu.
Daha sonra şəhid Qədirov Şahin Bayram oğlunun ailəsini evində ziyarət etmişdir. Görüşdə şəhid ailəsi göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci Vitse-prezident Mehriban Əliyevaya eləcə şəhidlərin anılmasında iştirak edən hərkəsə dərin təşəkkürlər etmiş və razılıqlarını bildirmişdir.