Qaradağ Rayon İcra Hakimiyyətinə istehsalat təcrübəsinə gələn tələbələrlə görüş keçirildi
Cari ilin 22 may tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət İqtisad Universitetindən istehsalat təcrübəsinə gələn tələbələrlə görüş keçirildi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov tələbələri qəbul edərək Yerli icra hakimiyyətləri haqqında Əsasnamə, icra hakimiyyətinin strukturu və fəaliyyəti haqqında eləcə də rayon ərazisində görülən işlərdən, yeni lahiyələrdən geniş söz açdı.
Bildirildi ki, istehsalat təcrübəsinin məqsədi tələbələrin təhsil prosesində öyrəndikləri nəzəri bilikləri təcrübi vərdişlərlə möhkəmləndirərək təcrübə keçirilən müəssisənin iş təcrübəsini dərindən mənimsəmək, sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onlarda işgüzarlıq, təşkilatçılıq və birgə çalışmaq vərdişlərini yaratmaq, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, mütərəqqi iş üsulları və digər məsələlərlə tanış etməkdən ibarətdir.
Qeyd edildi ki, Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifələr dövlətçiliyi qorumaq, ölkənin gücünün, qüdrətinin artmasına töhfə vermək, milli ideyaların, mənəvi dəyərlərin daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi inkişafı daim dövlətin diqqət mərkəzindədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın çox mühüm uğurlar qazanmasını şərtləndirib. Hazırda gənclər cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, böyük uğurlara imza atırlar.
Görüşdə tələbələri maraqlandıran çoxsaylı sullara ətraflı cavab verildi. Tələbələr Qaradağ Rayon İcra Hakimiyyətinə göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildirdilər.