Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun turizm potensialı müzakirə olundu

09 avqust 2023 | 18:13

   09 avqust 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərovla görüşü baş tutmuşdur.

  Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunmuşdur.

   Qeyd olunub ki, turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir və bu baxımdan bu gün sənaye rayonu olan Qaradağın böyük perspektivləri vardır. Belə ki, qədim İpək Yolunun keçdiyi Qaradağ rayonu tarixi və mədəniyyət abidələrinin məkanı sayılır. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulduğundan, bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanındığından, turizm sahəsinin bundan sonra da inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulanıb.  

   Görüşdə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən rayonda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədi ilə yaradılmış monitorinq qrupunun gördüyü işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə hazırlannmış təkliflər müzakirə olunmuşdur.

   Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə Bakı-Abşeron Regional Turizm İdarəsi arasında rayonun turizm sahəsinin inkişafı istiqamətində əməkdaşlıq davam etdiriləcəkdir.

Keçidlər