Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

05 noyabr 2026 | 18:39

   05 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
   Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, “Masdar” şirkətinin Azərbaycan üzrə rəhbəri  Murad Sadiqov və digər nümayəndələr iştirak etmişlər.
   Görüş zamanı Qaradağ rayonunda sosial layihələrin həyata keçirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, yerli icmaların ehtiyaclarının nəzərə alınması və müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər və gələcək prioritetlər barədə məlumat vermiş və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulamışdır.

Keçidlər