Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə iclas keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə iclas keçirilmişdir.
İclasda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları, BP Azərbaycan Əməliyyat Şirkətinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.
Tədbirdə ixrac neft və qaz boru kəmərlərinin etibarlı mühafizəsinin təmin edilməsi, bu istiqamətdə dövlət qurumları və aidiyyəti təşkilatlar arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
İclas zamanı ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risk faktorları təhlil edilmiş, o cümlədən mümkün yanğın hadisələri, texnogen qəzalar, terror və təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Həmçinin kəmərlərin keçdiyi ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, mühafizə zonalarında qanunsuz tikinti və torpaq işlərinin qarşısının alınması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Komissiya üzvlərinin məruzələri dinlənilmiş, aidiyyəti qurumların hesabatları təqdim olunmuş, mövcud vəziyyət və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılmışdır.
İclasın yekununda ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması və risklərin minimuma endirilməsi istiqamətində müvafiq tapşırıqlar verilmiş, qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.






