Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
02 may 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.
Qaradağ rayonunda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi, trans-sərhəd turizmi və s. inkişafı istiqamətində müvafiq tədbirlərin görülməsi barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzəsi dinlənilmişdir.
Gündəlikdəki məsələ üzrə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov Qaradağ rayonunda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi, trans-sərhəd turizmi və s. inkişafı istiqamətində müvafiq tədbirlərin görülməsi üzrə hazırlanmış təklifləri Şura iştirakçılarının diqqətinə çatdırmışdır.
Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi, trans-sərhəd turizmi və s. inkişafı istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.