Qaradağ Rayon İcra Hakimiyyətində 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyətnin nümayəndələri ilə görüş keçirildi
04 mart 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idman ictimaiyyətnin nümayəndələri ilə görüş keçirildi. Тoplantını giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakmiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, idman sahəsi Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Gəncləri layiqli və peşəkar idmançı kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, onlara hərtərəfli dəstək verərək idmançıların sayəsində Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin əsas xəttini təşkil edirdi.
Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın sağlamlığının möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq 5 mart tarixinin Azərbaycan Respublikasında Bədən Təbiyəsi və İdman günü kimi qeyd olunması haqqında 4 mart 2005-ci il tarixli 654 saylı Sərəncam imzalamışdır.
İndi paytaxt Bakı və digər iri şəhərlərimizlə yanaşı Azərbaycanın ən uzaq əyalətlərində belə inşa olunmuş müasir idman komplekslərində bir çox beynəlxalq idman yarışlarının keçirilməsi üçün güclü maddi-texniki baza formalaşmışdır. Ən irimiqyaslı qitə yarışlarının ölkəmizdə keçirilməsi heç də təsadüfi deyildir.
Ən önəmlisi odur ki, dövlətimizin əldə etdiyi uğurlar dayanıqlı və ardıcıl xarakter daşıyır. Avropa oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 üzrə Bakı Avropa Qran-Pri yarışları, Futbol üzrə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı, IV İslam Həmrəyliyi Oyunları, voleybol üzrə Avropa Çempionatı, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalı, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir mərhələ yarışları kimi nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi deyilənlərə sübutdur.
İftixar hissi keçiririk ki, ölkəmizin qazandığı idman nailiyyətlərində Qaradağ rayon idmançılarının da payı az deyil. İdmanın müxtəlif növləri üzrə Qaradağ rayonu idmançıları dəfələrlə Bakı şəhəri, ölkə birinciliklərinin, beynəlxalq səviyyəli görüşlərin qalibi adına layiq görülüblər.
Sonda bir qrup idman ictimaiyyəti nümayəndəsinə fəaliyyətlərindəki uğurlara görə fəxri fərman və hədiyyə təqdim olundu.