Qaradağ Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.05.2017-ci il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”sinə və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 6-cı maddəsinə uyğun olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi başlanılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyətləri institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 10.04.2023-cü il Qaradağ Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 10.05.2023-cü il tarixində başa çatacaqdır.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuraya 1 (bir) namizəd irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri təqdim etməlidir:
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edə bilər.
Ətraflı məlumat üçün əlaqə nömrələri : 012-445-00-21, 012-445-38-15