Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə  iftar süfrəsi verilmişdir

19 mart 2026 | 10:00

18 mart 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə  iftar süfrəsi verilmişdir.

İftar süfrəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, millət vəkilləri Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu vurğuladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr dilədi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixi olduğunu bildirdi. Bu tarixin Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edildiyini vurğuladı. 

İftar mərasimində Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq Əhmədov Qurani-Kərimdən ayələr və Ramazan duası oxudu. İmam müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışdı.

Tədbirdə iştirak edən Millət vəkilləri Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva iştirakçıları salamlayaraq Ramazan ayının birlik, həmrəylik və mərhəmət ayı olduğunu vurğuladılar. Qarşıdan gələn bayram münasibəti ilə öz təbriklərini səsləndirərək, hər kəsə sülh, firavanlıq və xoş günlər arzuladılar.  

İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılmışdır.

 

Keçidlər