Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqı Komitəsinə yeni sədr və sədr müavini seçilmişdir.

26 yanvar 2023 | 16:55

   26 yanvar 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. 
  İclası giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov iclasın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatının işində də xeyli dəyişikliklər baş vermiş, onların fəaliyyətində demokratiya və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. 
   Qeyd edilmişdir ki, bu gün Azərbaycan Həmkarlar İttifaqı dünya ictimaiyyətinin diqqət mərkəzində olan ərzaq məsələsi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın qloballaşması, milli munaqişələrin həlli və s. kimi qlobal problemlərinin həllində yaxından iştirak edir. 
   Emil Abbasov qeyd etmişdir ki, həmkarlar təşkilatları bütün müəssisələrin ictimai həyatında və idarə olunmasında önəmli rol oynayır. 
   Bu məqsədlə Qaradağ Rayon İcra Hakimiyyətinin kollektivinin təşəbbüsü ilə yeni tərkibdə Həmkarlar təşkilatına  sədr və sədr müavini seçilməsi qərara alınmışdır. 
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlr şöbəsinin müdiri Munis Bayramov gündəlikdə duran  məsələlər  ilə bağlı çıxış edərək qeyd etmişdir ki, Həmkarlar İttifaqı Komitəsi işçilərin əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini qoruyan, üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. 
   Bu məqsədlə günümüzün tələblərində irəli gələn zərurəti nəzərə alaraq yeni çevik tərkibdə həmkarlar təşkilatının formalaşdırılması meydana cıxır. Bunu nəzərə alaraq Həmkarlar İttifaqı Komitəsinin yeni sədri kimi rayon icra hakimiyyətinin baş məsləhətçisi, rayonumuzun ictimai siyasi həyatında fəal iştirak edən Abbasaga Adil oğlu Babayevin seçilməsini təklif etdi. Abbasağa Babayevin namizədliyi səsə qoyuldu və  yekdilliklə qəbul edildi. 
   İclasda Qaradag Rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqı Komitəsinin sədri Abbasağa Babayev çıxış edərək ona göstərilən yüksək etimada görə kollektivin hər bir üzvinə minətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, həmkarlar təşkilatının sədri kimi fəaliyyəti dövründə əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılmasına, onların maddi durumlarının yüksəldilməsinə, rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirak edəcəkdir. 
   Daha sonra Abbasağa Babayev Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsinə Aparatın İctimai-siyasi və humanitar məsələlr şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Firidun Elçin oğlu Hüseynovun işgüzarlığını nəzərə alaraq namizədliyini irəli sürdü. Firidun Hüseynovun namizədliyi səsə qoyuldu və  yekdilliklə qəbul edildi. 
   İclasda Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Komitəsinin əməkdaşı Cəlalə Əhədova çıxış edərək  həmkarlar təşkilatının əhəmiyyəti, müəssisədə yeri və rolu haqqında ətraflı məlumat vermiş və Həmkarlar İttifaqı Komitəsinin yeni sədri Abbasağa Babayevə fəaliyyətində uğurlar arzulamışdır. 
   Müzakirələrə yekun vuran Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Həmkarlar İttifaqı Komitəsinin rayon icra hakimiyyəti əməkdaşların təşkilatlanması baxımından da əhəmiyyətli dərəcədə səmərə verəcəyini qeyd etdi.

Keçidlər