Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir.

21 sentyabr 2023 | 15:19

21 sentyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuranın üzvü, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”sının sədri Təranə İsmayılovanın Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə əsasən Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) ilə bağlı məruzəsi dinlənilmişdir. 

 Məruzəçi bildirmişdir ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirmişdir. Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”sı fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2007-ci il tarixli, 163 saylı Sərəncamı ilə təsdiq olunmuş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə və 2023-cü  il üçün təsdiq olunmuş iş və tədbirlər planına əsasən qurmuşdur. Komissiya ilk növbədə yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, onların davranışı, qanunazidd əməllərinin qarşısının alınması, baxımsızlığının profilaktikası sahəsində əlaqədar təşkilatlarla birgə əməkdaşlıq şəraitində müvafiq işlərin həyata keçirilməsini təşkil etmişdir.

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində 15 iclas keçirilmişdir. Komissiya üzvlərinin, təhsil işçilərinin və rayon komissiyası sisteminə aid edilən qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclaslarda əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş hüquq pozuntularına imkan yaradan səbəblər, uşaqlar arasında hüquqi biliklərin təbliğini gücləndirmək, onlara sağlam həyat tərzi aşılamaq, təhsildən yayınma halları, çətin tərbiyə olunanlarla və polisdə fərdi profilaktiki qeydiyyatda olan yetkinlik yaşına çatmayanlarla aparılan işlər müzakirə edilmişdir. Komissiya üzvləri və Qaradağ RPİ Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin inspektorları ilə birgə dərsdən yayınma, uşaq cinayəti və digər pozucu halların qarşısının alınması məqsədi ilə təhsil müəssisələrinə profilaktik reydlər təşkil edilmişdir.

Qaradağ rayonu ərazisində uşaqlara əlçatan hüquqi yardımın göstərilməsi, onların hüquq və mənafelərinin qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, tərbiyəsi, təhsil almaları və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sı və “Qəyyumluq və Himayəçilik Komissiyası” yaradılmış, hər iki komissiyanın fəaliyyətləri təsdiq edilmiş illik iş planına və qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarla qarşılıqlı şəkildə formalaşdırılmışdır. 

İnsanların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə elektron ünvan və etimad telefonu “qaynar xətt” açılmışdır. Rəqəmsal İcra Hakimiyyəti rih.gov.az  və eektron ünvan mail@qaradagh.gov.az eləcə də açılmış etimad telefonu 012-4453015 vasitəsilə vətəndaşların onlayn müraciətləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.

Müraciətlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, tərbiyə məqsədilə uşaqlara qarşı hər hansı bir zorakılığın mənfi nəticələri haqqında müraciətlər operatif olaraq araşdırılır, gərəkli qərarlar qəbul edilərək, lazımi tədbirlər həyata keçirilir.

Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

 

Keçidlər