Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir.

17 dekabr 2024 | 14:09

17.12.2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.2 bəndinə əsasən Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı təklifləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyevin məruzəsi dinlənilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara əsasən Qaradağ rayonunda əlilliyi olan və ahıl şəxslər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədilə görülən  işlər müzakirə olundu.

Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda əlilliyi olan və ahıl şəxslər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Keçidlər