Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir.
10 noyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyevin “Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli, 3236 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.9 və 5.2.11-ci bəndlərinə əsasən “Sosial müdafiəyə ehtiyacı olan gənclərin sosial müdafiəsinin və sosial xidmətlərdən istifadə imkanlarının artırılması” və “Dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsi” ilə bağlı təklifləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyevin məruzəsi dinlənilmişdir.
Məruzəçi Qaradağ rayonunda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək istiqamətində görülmüş işlər barədə məlumat verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara əsasən Qaradağ rayonunda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədilə yaradılmış monitorinq qrupunun gördüyü işlər müzakirə olundu.
Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.