Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir
22 noyabr 2024-cüil tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2024-cü il tarixli, 24 saylı Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı” nın 2.1-ci bəndi Azərbaycan Respublikasının şəhər və rayonlarında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzəsi dinlənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların Qaradağ rayonunda icrasl müzakirə olundu.
Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının bu istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.