Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

19 yanvar 2024 | 16:57

  19 yanvar 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. Şura üzvləri iclasında rayonun sosial-iqtisasi inkişafı, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanun, Fərman, Sərəncamların icra vəziyyətinin təhlili, rayon təsərrüfatı, kommunal xidmətlər sahələrində görülmüş işlər, Prezident İlham Əliyevin respublikanın hərtərəfli və sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin təbliği üzrə görülmüş təşviqat işləri və rayonda yaradılmış mövcud infrastruktur obyektlərinin saxlanılmasına, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına ictimai nəzarətin təmin edilməsi, bu işlərə İctimai Şuranın, QHT-lərin, ictimai təşkilatların və bələdiyyələrin cəlb edilməsi məsələləri müzakirə olundu. 07 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinə Qaradağ rayonunda hazırlıq işləri, seçici siyahılarının dəqiqləşdirilməsi məsələləri barədə məruzə dinlənildi. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. 

Keçidlər