Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

21 iyun 2023 | 17:43

    21 iyun 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

  Qaradağ rayonunda turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılmasına dair təklifləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzəsi dinlənilmişdir. 

   Gündəlikdəki məsələ üzrə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov Qaradağ rayonunda turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsi üzrə hazırlanmış təklifləri Şura iştirakçılarının diqqətinə çatdırmışdır.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara əsasən Qaradağ rayonunda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədilə yaradılmış monitorinq qrupunun gördüyü işlər müzakirə olundu.

   Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Keçidlər