Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

09 dekabr 2022 | 17:34

   09 dekabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

   Qaradağ rayonunun turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzəsi dinlənilmişdir. 

   Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi, trans-sərhəd turizmi və s. inkişafı istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli, 2295 nömrəli Sərəncamının 4.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə monitorinq qrupunun yaradılması və bu qrupa mütəxəssislərin cəlb edilməsi qərara alınmışdır.

 

Keçidlər