Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclasında “İdman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi” ilə bağlı məsələ müzakirə olundu

17 oktyabr 2023 | 17:52

17 oktyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 7.2.18 bəndində qeyd olunmuş “İdman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi” ilə bağlı məruzə etmişdir.

Məruzədə bildirilir ki, Qaradağ rayonunda 4 qəsəbədə idman kompleksinin tikintisi nəzərdə tutulmuşdur. Puta qəsəbəsindəki idman kompleksinin tikintisi “Bakı Enerji Tikinti” ASC tərəfindən həyata keçirilir. Sahəsi və ərazisi 5,4 ha təşkil edir və 12 nəfər iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Hazırda idman kompleksi açılışa hazır vəziyyətdədir və yaxın zamanda açılışı gözlənilir.

Sanqaçal qəsəbəsindəki idman kompleksinin sahəsi və ərazisi 1,5 ha təşkil edir və 12 nəfər iş yerinin yaradılacağı gözlənilir. Hazırda idman kompleksinin tikinti işləri davam etdirilir. Əhalinin xidmətinə təhvil veriləcəyi tarix hələlik  məlum deyil.

Ələt qəsəbəsindəki idman kompleksinin sahəsi və ərazisi 1,5 ha təşkil edir və 12 nəfər iş yerinin açılacağı nəzərdə tutulmuşdur. Hazırda idman kompleksinin tikintisi davam edir.  Əhalinin xidmətinə təhvil veriləcəyi tarix məlum deyil.

Qobustan qəsəbəsində tikintisi davam etdirilən idman kompleksinin sahəsi və ərazisi 1,5 ha təşkil edir və 12 nəfər iş yerinin yaradılacağı nəzəzrdə tutulmuşdur. Əhalinin xidmətinə təhvil veriləcəyi tarix dəqiq məlum deyil.

Qeyd olunan idman komplekslərinin tikilməsində əsas məqsəd qəsəbə ərazisində yaşayan insanların asüdə vaxtlarının səmərəli keçirməsindən, sağlam həyat tərzinin inkişaf etdirilməsindən, mədəni kütləvi tədbirlərin təşkilindən ibarətdir.

Tikilən idman komplekslərində sakinlərin fiziki sağlamlığının qorunması məqsədilə,  yarışların keçirilməsi üçün müxtəlif idman növlərinə aid meydançaların təşkil olunması, lazımi idman qurğularının quraşdırılması əsas şərt kimi nəzədə tutulmuşdur.

Müşviqabad qəsəbəsindəki İdman-Sağlamlıq Mərkəzi 2010-cu ilin sentyabr ayında istifadəyə verilmişdir. Sahəsi 0,5 ha təşkil edir. Mərkəzdə əsasən güləş, cüdo, boks növləri üzrə təlimlər həyata keçirilir. Yəni gənclər güləşin, cüdonun, boksun sirrlərini öyrənirlər. Mərkəz iki mərtəbədən ibarətdir. Fərqli idman növləri üzrə idman meydançaları və əlavə inzibati otaqları mövcuddur. Mərkəzdə 2023-cü ildə əsaslı təmir işləri aparılmağa başlamış, yekunlaşmaq üzrədir. Açılışı gözlənilir.

Keçidlər