Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun iştiraki ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir.

02 fevral 2023 | 17:24

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Bakı Regional Məşğulluq filialının  və rayon icra hakimiyyətinin digər əməkdaşları, Sahibkarlığın İnkişaf Fondundan aparıcı mütəxəssis Qəzənfər Səfərxanlı, KOBİA-dan Xəlil Xəlilov, Fariz Bağırov və sahibkarlar iştirak etmişlər.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirmişdir ki, Azərbaycan Respublikasının  regionlarının və “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” ilə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası infrastrukturun yenilənməsinə, əhalinin işgüzarlıq fəaliyyyətinin artırılmasına müsbət təsir göstərmiş, biznes mühiti üçün imkanlar yaxşılaşdırılmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.
   Görüşdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.1 “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədi ilə ixtisasartırmanın təşkili”, 7.1.2 Sahibkarlara vahid məkanda sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq xidmət göstərilməsinin təşkili məqsədilə ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması, 7.1.26 xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi mövzusunda müzakirələr aparılmışdır.  7.1.4 “Regionlarda özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi istiqamətində təşviq və dəstək tədbirlərinin davam etdirilməsi” bəndindəki tapşırığın icrasının müzakirəsi ilə bağlı rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyev   çıxış edərək bildirmişdir ki, məlum olduğu kimi, ötən dövr  ərzində ölkəmizdə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsal və ixrac imkanları artırılmış, ölkədə biznes mütihitinin yaxşılaşdırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması məqsədi ilə investisita təşviqi və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi mexanizmləri yaradılmış, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığı təmin edilmişdir.
   İqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, biznes mühitini qiymətləndirən müvafiq beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar işlərin, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi məqsədilə lisenziyalar və icazələr portalının yaradılması, “bir pəncərə” prinsiplərinin tətbiqi, sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlərin və stimullaşdırıcı tədbirlərin tətbiqinin genişləndirilməsi, regionların, o cümlədən Qaradağ rayonunun davamlı inkişafının təmin edilməsi nəzərdə tutulur.
   Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və əlverişli biznes mühitinin  yaradılması sahəsində həyata keçirilən tədbirlər də Qaradağ rayonunda istehsal potensialının güclənməsinə, iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur.   Növbəti illərdə də Qaradağ rayonunda sahibkarlara vahid məkanda sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq KOB evinin yaradılmasının dəstəklənməsi nəzərdə tutulur. Həmçinin sahibkarlığın inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarların fəaliyyətinə mane olan müdaxilələrin qarşısını almaq məqsədilə yaradılmış Qaradağ  Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında davam etdiriləcəkdir.

 

 

 

 

Keçidlər