Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon Ağsaqqalar Şurasını növbəti hesabat-seçki yığıncağı keçirildi

23 iyul 2025 | 14:42

  23 iyul 2025-ci il tarixində Qaradağ rayon Ağsaqqalar Şurasını növbəti hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda Qardağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Respublika Ağsaqqalar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov, icra hakimiyyətinin məsul əməkdaşları və rayon ağsaqqalları iştirak edirdilər.

  Tədbiri giriş sözü ilə Qardağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açdı, dövlət rəhbərliyi tərəfindən ağsaqqalara göstərilən diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, ağsaqqallar daim bizim diqqətimizdədir, onlara xüsusi diqqət, qayğı göstərilir, onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.

  Sonra rayon ağsaqqallar şurasının sədri Ramin Məmmədov keçən müddət ərzində Şuranın gördüyü işlər barədə hesabat verdi.

  Hesabat ətrafında çıxış edən Namizəd Məmmədov, Mirtağı Tağıyev, Qurbanqulu Rəhimov, Əbdüləli Xalıqov Şuranın hesabatını bəyəndiklərini qeyd edərək sədrin xidmətlərindən danışdılar. Onlara göstərilən səmimi münasibətlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

  Çıxışlara yekun vuraraq Şuranın sədr müavini, millət vəkili Eldar İbrahimov ölkə səviyyəsində ağsaqqalara hörmət və ehtiramın daimi xarakter aldığını vurğuladı. Qaradağ rayonunda icra strukturu ilə ağsaqqaların sıx təmasından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, onların gənc nəsilin təlim-tərbiyəsində və vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətləri danılmazdır. Şuranın üzvlərinə bir daha təşəkkür etdi və gələcək işlərində uğurlar arzuladı.

  Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov yenidən sədr vəzifəsinə seçildi.

Keçidlər