Qaradağ Gənclər Evində rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları ilə təlim keçirilmişdir.
19 aprel 2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə əsasən (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə) Qaradağ Gənclər Evində rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları ilə təlim keçirilmişdir.
Təlimdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov və Qaradağ Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları iştirak edirdi.
Bildirildi ki, Qaradağ rayonu ərazisində uşaqlara əlçatan hüquqi yardımın göstərilməsi, onların hüquq və mənafelərinin qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, tərbiyəsi, təhsil almaları və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sı və “Qəyyumluq və Himayəçilik Komissiyası” yaradılmış, hər iki komissiyanın fəaliyyətləri təsdiq edilmiş illik iş planına və qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarla qarşılıqlı şəkildə formalaşdırılmışdır.
İnsanların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə elektron ünvan və etimad telefonu “qaynar xətt” açılmışdır. Elektron ünvan mail@qaradagh.gov.az, eləcə də açılmış etimad telefonu 012-4453015 vasitəsilə vətəndaşların onlayn müraciətləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Müraciətlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, tərbiyə məqsədilə uşaqlara qarşı hər hansı bir zorakılığın mənfi nəticələri haqqında müraciətlər operatif olaraq araşdırılır, gərəkli qərarlar qəbul edilərək, lazımi tədbirlər həyata keçirilir.
Sonda məktəb psixoloqlarını maraqlandıran suallar cavablandırıldı.