Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz tikinti işlərinin qarşısı alınmışdır

21 avqust 2023 | 11:26

   Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır.  Bu məqsədlə 19 avqust 2023-cü il tarixlərində Qaradağ rayonu, Lökbatan, Puta, Korgöz və Qobustan qəsəbələrində monitorinq aparılmışdır. 
   Keçirilmiş monitorinq nəticəsində Lökbatan, Puta, Korgöz və Qobustan qəsəbələrində ayı-ayrı şəxslər tərəfindən torpaq sahələrinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilmişdir. 
   Belə ki, Lökbatan, Puta, Korgöz və Qobustan qəsəbələrinin hər birində 1 ədəd olmaqla, ümumilikdə hasara alınmış 4 ədəd sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılmışdır. Həmçinin, rayonun Korgöz qəsəbəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etmədən inşa edilmiş, lakin tamamlanmamış 1 ədəd yaşayış təyinatlı tikili tamamilə sökülmüşdür. 
   Qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.

 

Keçidlər