Puta qəsəbəsində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
Qaradağ rayonunun Puta qəsəbəsində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi və qazilərimizin şücaəti xüsusi vurğulanıb. Bildirilib ki, 8 Noyabr Azərbaycan xalqının birliyinin, milli iradəsinin və Vətən sevgisinin təntənəsidir.
Bayram tədbiri şagirdlərin hazırladıqları rəngarəng rəsm əsərləri, bədii qiraətləri, musiqi və rəqs nömrələri ilə daha da yaddaqalan olub. Şagirdlərin Vətənə, torpağa, Zəfərə həsr olunmuş çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Xüsusilə onların ifa etdikləri rəqs və musiqi nömrələri tədbirə xüsusi rəng qataraq bayram əhval-ruhiyyəsini daha da yüksəldib.
Səmimi və qürur dolu anlarla yadda qalan tədbir iştirakçıların vətənpərvərlik ruhunu bir daha nümayiş etdirib. Tədbir Zəfər sevincinin, milli birliyimizin və gələcək nəsillərə ötürülən Vətən sevgisinin təntənəsinə çevrilib.






