Şriftin ölçüsü :

Saytın rəngi :

Plastik qablaşdırma tullantılarının mənfi təsiri barədə tədbir keçirilmişdir

21 dekabr 2022 | 17:03

   21 dekabr 2022-ci il tarixində Qaradağ rayonunda fəaliyyət göstərən 139 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.3-cü bəndinin (Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi)  icrasının təmin edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
   Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, 139 nömrəli tam orta məktəbin müəllimləri və şagirdlər iştirak edirdi.
   Səmayə Şıxəliyeva öz çıxışında qeyd etdi ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
   Tədbirdə çıxış edən Elçin Abbasov qeyd etdi ki, hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır.

Keçidlər